Ana Sayfa > Karusel / Dünya > İsrail ordusu Beyrutda "Hizbullah"ın kəşfiyyat qərargahına və rabitə mərkəzinə zərbələr endirib
İsrail ordusu Beyrutda "Hizbullah"ın kəşfiyyat qərargahına və rabitə mərkəzinə zərbələr endirib3-10-2024, 20:40. Yazar: Admin |
İsrail Müdafiə Qüvvələri (IDF) "Hizbullah"ın Beyrutdakı kəşfiyyat qərargahına və rabitə mərkəzinə hücum edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə IDF-ın Telegram kanalında bildirilib. “Bir müddət əvvəl hərbi kəşfiyyat məlumatları əsasında Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutdakı “Hizbullah” terror təşkilatının kəşfiyyat qərargahının hədəflərinə hücum edib”, - məlumatda deyilir. O da bildirilir ki, hərəkatın üzvləri, kəşfiyyat toplama vasitələri, komanda mərkəzləri və "Hizbullah"ın digər infrastrukturu hücuma məruz qalıb. Məlumatda hücuma məruz qalan kəşfiyyat qərargahının “Hizbullah”ın İsrail və IDF haqqında məlumat toplamaqdan məsul olan əsas kəşfiyyat orqanı olduğu da qeyd olunub. Geri dön |