Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > COP29-da 100-dən çox ölkədə aparılan iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri açıqlanacaq
COP29-da 100-dən çox ölkədə aparılan iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri açıqlanacaq3-10-2024, 10:36. Yazar: Admin |
100-dən çox ölkədə aparılan iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri COP29-da açıqlanacaq. Qarabaginfo.az xəbər verir ki, bunu EUROSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısında çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, INTOSAI-a hazırda sədrlik edən Braziliya Ali Audit Orqanı (AAO) İNTOSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupu ilə birlikdə ekspertlərin və beynəlxalq təşkilatların (BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA), Dünya Bankı, BMT-nin İnkişaf Proqramı (UNDP) və s.) dəstəyi ilə İqlim Skaneri adlı təşəbbüsə başlayıb. “İqlim Skaneri aləti 100-dən çox AAO tərəfindən iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində hökumət tərəfindən görülən işlərin qiymətləndirilməsini nəzərdə tutur. Hazırkı tarixə müxtəlif AAO-lar, o cümlədən Hesablama Palatası tərəfindən aparılan qiymətləndirmənin nəticələri icmallaşdırılması üçün müvafiq sistemə daxil edilib”- HP sədri qeyd edib. Vüqar Gülməmmədov əlavə edib ki, qeyd olunan məsələdən irəli gələrək COP29 çərçivəsində 14 noyabr tarixində Hesablama Palatası və INTOSAI-ın təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbir keçiriləcək. Tədbirin beynəlxalq qurumlar, hökumət, parlament təmsilçiləri ilə yanaşı, bu sahədə böyük audit təcrübəsinə malik bəzi xarici ölkələrin AAO-larının nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Geri dön |