Ana Sayfa > Karusel / Kriminal > Rusiyada "Quran"ı yandıran şəxsə qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb
Rusiyada "Quran"ı yandıran şəxsə qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb3-10-2024, 09:44. Yazar: Admin |
Rusiyada ötən il "Quran"ı yandırmaqda təqsirli bilinərək 3 il yarım azadlıqdan məhrum edilən Nikita Juravelə qarşı dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, Volqoqrad vilayətinin prokurorluğu əvvəllər məhkum olunmuş Volqoqrad sakini Nikita Juravelə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs messencer vasitəsilə fəal şəkildə Ukrayna təhlükəsizlik xidmətinin nümayəndəsinə əməkdaşlıq təklif edib. 2023-cü ilin martında Juravel ona Rusiya Silahlı Qüvvələrinin hərbi texnikasını, hərbi təyyarələrini daşıyan qatarın videoyazılarını, habelə hərbi hissələrdən birinin xidməti maşınının hərəkəti ilə bağlı məlumatları göndərib. Cinayət işi mahiyyəti üzrə baxılması üçün Volqoqrad Vilayət Məhkəməsinə göndərilib. Geri dön |