Ana Sayfa > Karusel / Dünya > Şarl Mişel: Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız xalq verə bilər
Şarl Mişel: Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız xalq verə bilər2-10-2024, 22:20. Yazar: Admin |
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız gürcü xalqı verə bilər. Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişell Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşdən sonra “X” platformasındakı paylaşımında qeyd edib. O, görüşün Gürcüstan üçün həlledici bir dövrə təsadüf etdiyini, Gürcüstanın namizəd ölkə olaraq islahatları dərinləşdirməli olduğunu qeyd edib. “İslahatlar, qanunun aliliyi və demokratik prinsiplər Aİ yolunun özəyidir. Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız gürcü xalqı verə bilər”, - Mişel qeyd edib. Salome Zurabişvli isə paylaşımında Aİ-nin dəstəyinin indiki vaxtda həlledici olduğunu qeyd edib. Geri dön |