Ana Sayfa > Karusel / Dünya > İranın Baş Qərargah rəisi: İsrailə qarşı hərbi aktivlik Haniyənin qətlinə cavabdır

İranın Baş Qərargah rəisi: İsrailə qarşı hərbi aktivlik Haniyənin qətlinə cavabdır


2-10-2024, 12:37. Yazar: Admin

İran Ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqeri

 

“İsrailə qarşı hərbi aktivlik HAMAS lideri İsmail Haniyə və digərlərinin qətlinə cavab xarakteri daşıyır”.

Qarabaginfo.az ISNA-ya istinadən xəbərinə görə, İran Ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqeri belə deyib.

O qeyd edib ki, hərbi aviasiyanın həyata keçirdiyi adekvat tədbirlər nəticəsində MOSSAD-ın İsrail ərazisindəki obyektlərindən biri, eləcə də üç nəhəng aviabaza hədəfə alınıb.

Bu hərbi obyektlərdən biri şəxsi heyəti “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahın qətlində iştirak edən “Hatzerim” aviabazası olub.


Geri dön