Kənd təsərrüfatında adaptasiya tədbirləri daha da sürətləndirilməlidir.
Qarabaginfo.az xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 2-ci günündə Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş baş katibi Ban Ki-moon tədbirə ünvanladığı video mesajında deyib.
O bildirib ki, kənd təsərrüfatında investisiyalar kifayət deyil, effektiv tərəfdaşlıqlar bizim səylərimizin özəyini təşkil etməlidir.
Kənd təsərrüfatında inqilab o zaman mümkün ola bilər ki, biz təşkilatlanmış və əlaqələndirilmiş şəkildə işləyə bilək.v