Ana Sayfa > Karusel / Dünya > Yaponiyada müdafiə naziri ölkənin xarici siyasətinə rəhbərlik edəcək
Yaponiyada müdafiə naziri ölkənin xarici siyasətinə rəhbərlik edəcək1-10-2024, 12:04. Yazar: Admin |
Takeşi İvaya Yaponiyanın xarici işlər naziri təyin olunub. Qarabaginfo.az-ın “Kyodo” İnformasiya Agentliyinə istinadən xəbərinə görə, müvafiq qərar bu gün Parlamentin iclasında elan edilib. Əvvəlki kabinetdə o müdafiə naziri vəzifəsini tutub. Yeni qərarla bu vəzifənin icrası daha əvvəl də müdafiə naziri olan Hen Nakataniyə həvalə olunub. Yodji Muto isə iqtisadiyyat, ticarət və sənaye naziri vəzifəsinə gətirilib. Qeyd edək ki, hökumət tam formalaşdırıldıqdan sonra ölkədə növbədənkənar Parlament seçkisi elan ediləcək. Ekspertlərin qənaətincə, bunda əsas məqsəd xalqın etimadını qazanmaqdan ibarətdir. Səsvermənin 27 oktyabr tarixinə təyin olunacağı gözlənilir. Geri dön |