Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > COP29 danışıqçısı: Biz öhdəliklər götürmüşük, indi isə hərəkətə keçilməlidir
COP29 danışıqçısı: Biz öhdəliklər götürmüşük, indi isə hərəkətə keçilməlidir1-10-2024, 11:52. Yazar: Admin |
“Biz uyğunlaşma prosesinə bütün sektorları cəlb etməliyik”. Qarabaginfo.az xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) ikinci günündə keçirilən “Milli Kontekstdə Uyğunlaşma, Risk və Davamlılığın Anlanması” panelində çıxışında COP29-un adaptasiya və itki və zərər üzrə aparıcı danışıqçısı Elvin Əşrəfzadə deyib. O bildirib ki, digər vacib element sosial transformasiyadır: “Uyğunlaşma və adaptasiya bütün dövrləri əhatə etmir. Səhiyyədən, qida sənayesindən, tikintidən başlayaraq riskləri qiymətləndirməliyik. Ona görə də COP-29 uyğunlaşma ilə bağlı çox vacib etapdır. Ondan sonra tərəflər öhdəliklər götürə bilərlər ki, hansı formada transformasiyanı həyata keçirəcəklər. COP-29 bu xüsusi təkanverici hərəkətin yaradılması üçün də vacibdir. Biz öhdəliklər götürmüşük, indi isə hərəkətə keçilməlidir”.(Apa) Geri dön |