Ana Sayfa > Karusel / Region > İran vitse-prezidenti İrəvana gedib

İran vitse-prezidenti İrəvana gedib


1-10-2024, 11:51. Yazar: Admin

İranın birinci vitse-pzidenti Məhəmməd Reza Aref

 

İrəvana səfərim zamanı ölkəmizin Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlı niyyətimizi ifadə edəcəyik.

Qarabaginfo.az-ın “Mehr” İnformasiya Agentliyinə istinadən xəbərinə görə, bunu İrəvana gedişindən əvvəl açıqlama verən İranın birinci vitse-prezidenti Məhəmməd Reza Aref bildirib.

O qeyd edib ki, həm qonşu, həm də region ölkələri ilə əlaqələrin dərinləşdirilməsi rəsmi Tehran üçün prioritet təşkil edir. İranın yüksək səviyyəli rəsmisinin sözlərinə görə, ölkəsinin həm BRICS, həm də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük prosesi yekunlaşıb.

Qeyd edək ki, Məhəmməd Reza Aref Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət başçılarının görüşündə iştirak etmək üçün İrəvana gedib.


Geri dön