Ana Sayfa > Karusel / Dünya > Pentaqon kiçik çaplı raketlərin istehsalına 6,9 milyard dollar ayırıb

Pentaqon kiçik çaplı raketlərin istehsalına 6,9 milyard dollar ayırıb


1-10-2024, 08:43. Yazar: Admin

Pentaqon kiçik çaplı raketlərin istehsalına 6,9 milyard dollar ayırıb

ABŞ Müdafiə Nazirliyi (Pentagon) “Boeing”ə kiçik çaplı raketlərin istehsalı üçün 6,9 milyard dollar ayırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə bazar ertəsi Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddən məlum olduğu kimi, Bolqarıstan, Ukrayna və Yaponiya üçün kiçik çaplı raketlərin istehsalına vəsait ayrılıb. Müqavilə üzrə işlərin 31 dekabr 2035-ci il tarixinədək başa çatdırılması planlaşdırılır.

Sentyabrın 25-də Pentaqon Co Baydenin prezidentliyə başlamasından bu yana ABŞ-ın Ukraynaya 56,9 milyard dollardan çox hərbi yardım göndərdiyini açıqlamışdı.


Geri dön