Ana Sayfa > Karusel / Dünya > Kisidanın başçılıq etdiyi Yaponiya hökuməti tam tərkibilə istefa verib

Kisidanın başçılıq etdiyi Yaponiya hökuməti tam tərkibilə istefa verib


1-10-2024, 08:31. Yazar: Admin

Kisidanın başçılıq etdiyi Yaponiya hökuməti tam tərkibilə istefa verib

Fumio Kisidanın rəhbərlik etdiyi Yaponiya hökuməti növbəti baş nazir Şiqeru İşiba tərəfindən formalaşdırılacaq yeni kabinetin yaradılması ərəfəsində tam tərkibdə istefa verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi məlumat verib.

Parlament daha sonra növbədənkənar iclasla toplaşacaq və bu iclasda 27 sentyabr seçkilərindən sonra hakim Liberal Demokrat Partiyasının yeni sədri olmuş İşiba baş nazir seçiləcək.

Çoxsaylı yerli media mənbələrinə görə, Nazirlər Kabinetinin Baş Katibi, hökumətdəki ikinci adam, LDP-nin rəhbəri seçkilərində İşibanın rəqibi kimi çıxış etmiş Yoşimasa Hayaşi, eləcə də dövlət torpaqları, infrastruktur və nəqliyyat naziri Tetsuo Saito hökumətdəki yerlərini qoruyacaq.


Geri dön