Ana Sayfa > Karusel / Region > Rusiyanın Baş naziri Ermənistana səfər edəcək

Rusiyanın Baş naziri Ermənistana səfər edəcək


30-09-2024, 08:34. Yazar: Admin

Rusiya hökumətinin sədri Mixail Mişustin

 

Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistana səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 1-də Mixail Mişustin İrəvanda Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun “Müasir reallıqlarda rəqəmsallaşma – dörd azadlığın təmin edilməsi üçün imperativ” mövzusunda plenar iclasında iştirak edəcək.

Qeyd olunub ki, iclasda daxili bazarın fəaliyyətinə, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və enerji sektorlarında qarşılıqlı əlaqənin inkişafına xüsusi diqqət yetiriləcək.

Hökumət başçıları Avrasiya İqtisadi İttifaqı çərçivəsində 2030-cu ilə qədər sənaye əməkdaşlığının əsas istiqamətlərini də nəzərdən keçirəcəklər.


Geri dön