Ana Sayfa > Karusel / Dünya > İsrailin müdafiə naziri əməliyyatların genişləndirilməsi mövzusunda iclas keçirib

İsrailin müdafiə naziri əməliyyatların genişləndirilməsi mövzusunda iclas keçirib


29-09-2024, 00:07. Yazar: Admin

İsrailin müdafiə naziri əməliyyatların genişləndirilməsi mövzusunda iclas keçirib

İsrailin müdafiə naziri Yoav Qalant İsrail ordusunun şimal istiqamətində əməliyyatlarının mümkün genişləndirilməsi ilə bağlı operativ iclas keçirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Müdafiə naziri Yoav Qalant hazırda ordunun şimal istiqamətində əməliyyatlarının genişləndirilməsi ilə bağlı vəziyyəti qiymətləndirmək üçün əməliyyat iclası keçirir”, - məlumatda deyilir.

İclasda ​​İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi, ordu və kəşfiyyat rəhbərliyinin iştirak etdiyi bildirilir.

ABŞ-ın yüksək rütbəli rəsmisi isə ABC telekanalına müsahibəsi zamanı İsrailin Livanda məhdud quru əməliyyatı keçirməyi planlaşdırdığını iddi edib.

 


Geri dön