Ana Sayfa > Karusel / Gündəm > Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifədən qovuldu

Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifədən qovuldu


26-10-2020, 17:36. Yazar: Admin

Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifədən qovuldu

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı Vaxinak Sarkisyanı tutduğu vəzifədən azad edilib. 

Qarabaginfo.az erməni mənbələrinə istinadən xəbər verir ki, Sarkisyanın işdən çıxarılmasını Ermənistanın Baş naziri Nikol Paşinyan təklif edib. Prezident Armen Sarkisyanın sərəncamı ilə onun yerinə Arman Maralçyan təyin olunub.

Məlumata görə, Vaxinak Sarkisyanın işdən çıxarılmasının səbəbi Ermənistan müdafiə nazirinin əsgərlərlə görüşünü əks etdirən foto olub. Həmin fotoda əsgərlərdən birinin Azərbaycanın Sərhəd Qoşunlarına məxsus forma geyindiyi aydın sezilir. Sonradan foto rəsmi ünvanlardan silinib.


Geri dön