Ana Sayfa > Karusel / Siyasət > VII çağırış Milli Məclisin payız sessiyası sentyabrın 30-da işə başlayacaq
VII çağırış Milli Məclisin payız sessiyası sentyabrın 30-da işə başlayacaq28-09-2024, 10:28. Yazar: Admin |
VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk iclası sentyabrın 30-da keçiriləcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən məlumata görə, sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək. Qeyd edək ki, iclasda həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq. Geri dön |