Ana Sayfa > Karusel / Dünya > Zelenski ilə Trampın görüşü başlayıb 

Zelenski ilə Trampın görüşü başlayıb 


27-09-2024, 20:18. Yazar: Admin

Zelenski ilə Trampın görüşü başlayıb - YENİLƏNİB

“ABŞ prezidentliyinə hər iki namizədlə görüşməyi ona görə istədim ki, Ukraynadakı müharibə noyabrda da bitməyəcək”.

Qarabaginfo.az CNBC-yə istinadən xəbərinə görə, bunu ABŞ-nin 45-ci Prezidenti Donald Trampla görüşündə Ukraynanın dövlət başçısı Volodimir Zelenski deyib.

“Noyabrda amerikalılar öz prezidentini seçəcək, biz isə o vaxtadək Rusiyanı və Vladimir Putini dayandıra bilməyəcəyik. Başa düşürük ki, bu dövrdən sonra Rusiya-Ukrayna münaqişəsi üzrə müəyyən qərar qəbul etməliyik”.

D. Tramp isə bildirib ki, seçkidə qalib gəldikdən sonra Rusiya-Ukrayna münaqişəsində hər iki tərəfi qane edəcək həll variantının tapılmasına çalışacaq.

Onun sözlərinə görə, bu istiiqamətdə kifayət qədər çox səy göstərməyə ehtiyac var.


Geri dön