Ana Sayfa > Karusel / Kriminal > Polkovnik həbs olundu

Polkovnik həbs olundu


27-09-2024, 19:38. Yazar: Admin

polkovnik-hebs-olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanov saxlanılıb.

Qarabaginfo.az, S.Qurbanov korrupsiya cinayətlərində və dələduzluqda şübhəli bilinir.

Hazırda polkovnikin prokurorluqda ifadəsi alınır.

Xatırladaq ki, ötən gün Xidmətin Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov da həbs olunub.

***

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən polkovnikin həbsini tələb edib.

Bakı Hərbi Məhkəməsi Hərbi Prokurorluğun təqdimatını əsaslı hesab edib. 

Qərara əsasən Seymur Qurbanov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.


Geri dön