Ana Sayfa > Karusel / Hadisə > Yanğına görə "Xəzər TV"nin işçiləri təxliyə edildi
Yanğına görə "Xəzər TV"nin işçiləri təxliyə edildi27-09-2024, 15:41. Yazar: Admin |
Bakının Xətai rayonu Süleyman Əhmədov küçəsində baş verən güclü yanğına görə "Xəzər TV"nin binası boşaldılıb, işçilər təxliyə olunub.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə "Xəzər TV"nin sosial şəbəkə hesabında məlumat yayılıb.
Qeyd edək ki, sözügedən ünvanda günorta saatlarında başlayan yanğın məhdudlaşdırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Geri dön |