Ana Sayfa > Karusel / Qarabağ > Özbək jurnalist Füzulidə Mirzə Uluqbəy məktəbində

Özbək jurnalist Füzulidə Mirzə Uluqbəy məktəbində


27-09-2024, 15:15. Yazar: Admin

 

Özbək jurnalist Füzulidə Mirzə Uluqbəy məktəbində - VİDEO

Özbəkistan Jurnalistlər Birliyinin üzvü, “Yoshlar” telekanalının baş redaktoru Həmzə Jumayev digər əcnəbi həmkarları ilə birlikdə azad edilmiş Azərbaycan ərazilərində səfərdədir.

 

Qarabaqinfo.az-ın məlumatına görə, Həmzə Jumayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəbdə olub.

 

Jumayev Anım Günündə azad edilmiş ərazilərdə, Özbəkistanistan tərəfindən məktəbdə olmaqdan qürur duyduğunu bildirib.

 

Qeyd edək ki, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb 960 şagird yerlikdir. 2022-ci il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.

 

 


Geri dön