Ana Sayfa > Karusel / Region > Türkiyədən Qərbin embarqosuna tutarlı cavab –PUA üçün optik sistemi Azərbaycana verdi /FOTO

Türkiyədən Qərbin embarqosuna tutarlı cavab –PUA üçün optik sistemi Azərbaycana verdi /FOTO


27-09-2024, 10:19. Yazar: Admin

Azərbaycan ordusunun arsenalına “Aselflir-500” müşahidə və hədəf təyinetmə sistemi daxil edilib. 

Qarabaginfo.az Azərtac-a istinadən bildirir ki, bu barədə Türkiyə və Azərbaycanın müştərək yaratdığı “Aselsan Baku”nun baş meneceri Özgür Kürüm deyib.

Xatırladaq ki, 44 günlük müharibə zamanı Türkiyə və Azərbaycana kameralara görə embarqo qoyulmuşdu.

Ö.Kurum “Aselflir-500” məhsulu barədə məlumat verərək onun Vətən müharibəsi zamanı Türkiyə və Azərbaycana kameralara görə embarqo qoyulmasının ardından istehsal edildiyini deyib: “Bu, PUA, helikopterlər və təyyarələr də daxil olmaqla sabit qanadlı və fırlanan qanadlı hava platformaları üçün hazırlanmış yüksək performanslı elektro-optik kəşfiyyat, müşahidə və hədəf təyinetmə sistemidir. Bizə verilən tapşırığa əsasən daha yaxşı kameralar hazırladıq və istehsal etdik. “Aselflir -500″ sistemi təxminən bir ay əvvəl Azərbaycanda havaya qaldırıldı. Embarqolara cavab olaraq onun ilk ixracatı da Azərbaycana oldu. Qısaca, Türkiyə və Azərbaycana embarqo qoyuldu, biz isə daha yaxşısını etdik”.

Kürüm bildirib ki, Azərbaycanın Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi ilə müxtəlif müqavilələr imzalayıblar. Burada rabitə və kripto sistemləri, son vaxtlar qlobal əhəmiyyət kəsb edən məlumat və rabitə təhlükəsizliyi ilə bağlı anlaşmalardır.

“Biz hərbi elektronika sahəsində ixtisaslaşmış bir şirkətik. İstehsal proqramlarımız çərçivəsində biz smart sursatlar və rabitə ratsiya sistemlərimizin Azərbaycanda istehsal etməyə dair təşəbbüs irəli sürmüşük. Proseslər müsbət istiqamətdə irəlilədikdə və tamamlandıqda Azərbaycanın da öz “Aselsan”ı olacaq. Sonrakı mərhələlərdə bizə ehtiyac duymadan öz brendi ilə ratsiyalarını istehsal edə, kriptosunu inkişaf etdirə biləcək”.

Azpost.info bildirir ki, Türkiyənin müdafiə sənayesi sahəsində flaqman olan “Aselsan” şirkəti Azərbaycanın müstəqillik qazanmasından çox keçmədən burada fəaliyyətə başlayıb.

Həmin dövrdə dövlətlərarası hərbi maliyyə əməkdaşlığı yardım proqramları çərçivəsində fəaliyyətə başlayan “Aselsan” daha sonra burada nümayəndəlik ofisinə, 1998-ci ildə isə nümayəndəlikdən şirkətə çevrilib.

 


Geri dön