Ana Sayfa > Karusel / Dünya > Tramp Harrisi “McDonald's”-da işləməklə bağlı yalan danışmaqda ittiham edib
Tramp Harrisi “McDonald's”-da işləməklə bağlı yalan danışmaqda ittiham edib27-09-2024, 09:45. Yazar: Admin |
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iddia edir ki, demokrat rəqibi Kamala Harris əvvəllər "McDonald's" fast food şəbəkəsində işlədiyini deyərək yalan danışır. Qarabaginfo.az xəbər verir ki, bu haqda Donald Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransında danışıb. "Kamala heç vaxt “McDonald's”-da işləməyib. Onun tərcümeyi-halında "McDonald's"-ın adı var. Amma o, orada işləməyib. Bu yalandır", - deyə o, bildirib. Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris bir neçə dəfə tələbə olarkən “McDonald's”-da ştatdan kənar işlədiyini və orada kartof qızartdığını deyib. Geri dön |