Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Stoltenberq NATO ölkələrinin axmaq qərarlar verə biləcəyini deyib
Ana Sayfa > Karusel / Dünya > Stoltenberq NATO ölkələrinin axmaq qərarlar verə biləcəyini deyib

Stoltenberq NATO ölkələrinin axmaq qərarlar verə biləcəyini deyib


27-09-2024, 09:44. Yazar: Admin

Stoltenberq NATO ölkələrinin axmaq qərarlar verə biləcəyini deyib

NATO üzvü olan ölkələrin sakinlərinin axmaq qərarlar qəbul etmək üçün demokratik hüququ var.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-da Xarici Əlaqələr Şurasının seminarında çıxışı zamanı alyans ölkələrində, xüsusən də Ukraynaya yardıma şübhə ilə yanaşan tərəflərin qalib gəldiyi Almaniyada seçkiləri şərh edərkən deyib.

"NATO-da 32 ölkə var. Bizdə hər zaman seçkilər olur. Axmaq qərarlar qəbul etmək demokratik hüquqdur", - deyə o, NATO ölkələrində keçirilən seçkilərdə qalib gələn partiyaların və ya liderlərin alyansa qarşı çıxdığı və ya ona qarşı çıxa biləcəyinə münasibət bildirərkən deyib.

Stoltenberq müxtəlif ölkələrdəki seçkilərin nəticələrinə baxmayaraq, NATO-nun qalacağını, çünki insanların NATO-da olmağın daha təhlükəsiz olduğunu anladıqlarını əminliklə ifadə edib.


Geri dön