Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda son sutkada 527 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 8 nəfər vəfat edib

Azərbaycanda son sutkada 527 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 8 nəfər vəfat edib


26-10-2020, 16:25. Yazar: Admin

Azərbaycanda son sutkada 527 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 8 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 50 486 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 41 410 nəfər müalicə olunaraq sağalıb, 679 nəfər vəfat edib, aktiv xəstə sayı 8 397 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 814, ötən müddət ərzində isə ümumilikdə 1 298 348 test aparılıb.


Geri dön