Ana Sayfa > Karusel / Dünya > Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil

Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil


27-09-2024, 00:00. Yazar: Admin

Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil

Türkiyənin BRİKS və ya ASEAN-a qoşulması onun NATO-dan çıxması demək deyil və regionlarda balansı dəyişə bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York səfərindən geri dönərkən jurnalistlərə müsahibəsi zamanı deyib.

“İnanıram ki, BRİKS və ASEAN-da mövcudluğumuz regionların arifmetikasını dəyişəcək. Bu, tamamilə fərqli bir strukturun yaradılmasına gətirib çıxaracaq. BRİKS və ASEAN bizə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün imkanlar verən birliklərdir. Onların işində iştirak bizim üçün NATO-dan imtina demək deyil. Bu birliklərin bir-birinə alternativ olduğunu düşünmürük. Müasir dünyada müəyyən beynəlxalq gərginlik olsa da, soyuq müharibə dövrü çoxdan geridə qalıb. Bizə “BRİKS və ya başqa təşkilatlara qoşulmayın”, - deyənlər var. Amma bizi illərdir Avropa Birliyinin qapısında gözlətdirən həmin insanlardır. Onlara fokuslansaq, gələcəyimizi heç vaxt qura bilməyəcəyik”, - deyə Ərdoğan bildirib.

Ərdoğan həmçinin əlavə edib ki, ölkəsi Avropa və Amerika ilə əlaqələrlə yanaşı, Mərkəzi Asiya, Rusiya, Baltikyanı region, Uzaq Şərqlə əlaqələri, ərəb coğrafiyasında dərin tarixi kökləri, həmçinin Körfəz ölkələri və Afrika ölkələri ilə əlaqələrə malik olmasını gözardı edə bilməz.

“Türkiyə NATO üzvü olduğu üçün belə əlaqələri poza bilməz”, - deyə Ərdoğan vurğulayıb.


Geri dön