Ana Sayfa > Karusel / Dünya > Blinken HƏMAS-ın əlində olan girovların çoxunun hələ də sağ olduğunu bildirib
Blinken HƏMAS-ın əlində olan girovların çoxunun hələ də sağ olduğunu bildirib26-09-2024, 22:15. Yazar: Admin |
HƏMAS hərəkatının Qəzza zolağında saxladığı girovların çoxu hələ də sağdır. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken MSNBC telekanalına müsahibəsi zamanı məlumat verib. “Bildiyimizə görə, Qəzzada çoxlu canlı girovlar var ki, biz onları ümidsiz şəkildə ailələrinə qaytarmaq istəyirik.”, - deyə o bildirib. Dövlət katibi əlavə edib ki, söhbət həmçinin ABŞ vətəndaşlığı olan girovlardan da gedir. Bununla bağlı Blinken qeyd edib ki, bu insanların evlərinə qayıtması ABŞ-ın münaqişə tərəflərini Qəzza zolağında atəşkəsə razı salmağa nail olmaq üçün göstərdiyi səylərdə əsas prioritet mövzulardan biridir. Geri dön |