Ana Sayfa > Karusel / Dünya > “Zelenski Rusiya ilə sazişdən imtina edir” –Trampdan sərt ittiham

“Zelenski Rusiya ilə sazişdən imtina edir” –Trampdan sərt ittiham


26-09-2024, 13:07. Yazar: Admin

ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukraynaın dövlət başçısı Zelenskini ona böhtan atmaqda ittiham edib.

Qarabaginfo.az “Financial Times”  qəzetinə istinadən bildirir ki, Tramp Zelenskini Rusiya ilə müharibəyə son qoymaq üçün Rusiya ilə sazişdən imtina etməkdə günahlandırıb.

Tramp Şimali Karolinada çıxışı zamanı Zelenskiyə qarşı ən kəskin hücumlardan birini edib.

Qeyd edək ki, Zelenski bu gün ABŞ-ın hazırkı prezidenti Co Bayden, həmçinin vitse-prezident və Trampın seçkilərdəki rəqibi Kamala Harrislə görüşü planlaşdırılıb.

“Biz sövdələşmədən imtina edən şəxsə milyardlarla dollar verməyə davam edirik”, – deyə siyasətçi vurğulayıb.


Geri dön