Ana Sayfa > Karusel / İnfrastruktur > Transsərhəd suları üzrə Kür hövzəsində komissiyanın yaradılması təklif edilir
Transsərhəd suları üzrə Kür hövzəsində komissiyanın yaradılması təklif edilir26-09-2024, 11:25. Yazar: Admin |
Regional olaraq Azərbaycanın əsas problemlərindən biri transsərhəd suları ilə bağlıdır. Qarabaginfo.az xəbər verir ki, bunu Xəzər Su İnnovasiya Forumunda çıxışı zamanı "Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsin Hidroloji tədqiqatlar şöbəsinin müdiri Rəşail İsmayılov deyib. "Bunlar yeraltı və yerüstü su ehtiyatlarıdır. Bunlardan ən həssas olanı isə yerüstü sərhəd sularının transsərhəd səviyyədə effektiv idarə olunmasıdır. Dünyada bununla bağlı kifayət qədər təcrübə var. Sevindirici haldır ki, beynəlxalq su siyasətində bir sıra mühüm addımlar atılıb və razılaşmalar var". "Düşünürəm ki, regional səviyyədə Kür çayı hövzəsində də komissiyanın yaradılması transsərhəd sularının idarə olunmasında çox böyük addım olar. Lokal səviyyəyə gəldikdə isə, Azərbaycan sudan çox əziyyət çəkən ölkədir. Ərazimizin əsas hissəsi materikin daxili hissələrində yerləşdiyindən həssas zonadır",- deyə R.İsmayılov əlavə edib. Geri dön |