Ana Sayfa > Karusel / Dünya > Zelenski Rusiyanın Ukraynadakı AES-lərə mümkün hücum təhlükəsi barədə BMT tribunasından xəbərdarlıq edib

Zelenski Rusiyanın Ukraynadakı AES-lərə mümkün hücum təhlükəsi barədə BMT tribunasından xəbərdarlıq edib


25-09-2024, 20:58. Yazar: Admin

Vladimir Zelenski

 

 Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya digər ölkələrdən Ukraynanın atom elektrik stansiyalarının peyk şəkillərini alır və onlar haqqında məlumat toplayır. Ukrayna lideri BMT-yə Rusiyanın Ukrayna atom elektrik stansiyalarına hücumu təqdirdə, nüvə təhlükəsi barədə xəbərdarlıq edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Vladimir Zelenski sentyabrın 25-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edərkən bildirib.

Ukrayna Prezidenti BMT-də Ukrayna kəşfiyyatının yeni hesabatına istinadən Rusiyanın Ukrayna atom elektrik stansiyalarına zərbələr hazırladığını bildirib.

Vladimir Zelenski bunun Avropada yeni bir nüvə fəlakətinə səbəb ola biləcəyini vurğulayıb.


Geri dön