Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borel bildirib ki, o, Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı təkliflərini yalnız yenidən ABŞ prezidenti olacağı təqdirdə nəzərdən keçirəcək.
Qarabaginfo.az xəbər verir ki, bu haqda TASS agentliyi məlumat yayıb.
"Tramp indi sadəcə namizəddir. Onun təkliflərini nəzərdən keçirmək üçün Ağ Evdə oturana qədər gözləyəcəm", - deyən Borel, indiki mərhələdə Trampın bəyanatlarını şərh etmək istəmədiyini vurğulayıb.