Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanın dönməz xarici və daxili siyasəti var!

Azərbaycanın dönməz xarici və daxili siyasəti var!


24-09-2024, 16:55. Yazar: Admin

Azərbaycanın dönməz xarici və daxili siyasəti var!

Ötən gün VII çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda ölkə başçısı İlham Əliyev də iştirak edib. Prezident İlham Əliyev çıxışı zamanı bir sıra mesajlar verib. Prezident İlham Əliyev bəzi Qərb ölkələrinin və dairələrinin Azərbaycana qarşı oyunlarının davam etdiyini bildirib.

 

"Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar - bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır",- o deyib. 

 

Qarabaqinfo.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Ermənistandan Azərbaycana, eləcə də digər qonşu ölkələrə qarşı vasitə kimi istifadə etmək Qərbin marağındadır:

"Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistandan Azərbaycana, eləcə də digər qonşu ölkələrə qarşı vasitə kimi istifadə etmək Qərbin marağındadır. Buna görə də mütləq şəkildə güclü olmaq, hərbi sənaye kompleksini daha da inkişaf etdirmək çox mühüm məsələdir. Bu gün Minsk qrupunun ləğvi məsələsi mütləq baş tutmalıdır. Minsk Qrupu yarananda onun məqsədi sülhün təmin edilməsi olub. Lakin onlar birmənalı şəkildə onlar ancaq deklarativ bəyanatlarla yadda qaldılar. Guya Ermənistanın arxasında dururlar. Əslində isə qələbəmizi həzm edə bilməyən bu qüvvələr Ermənistandan istifadə edib bizə qarşı məkrli planlarını həyata keçirirlər. Hərbi sənaye kompleksinin inkişafı mühümdür. Burada,təbii ki, döyüş qabiliyyətinin artırılması üçün ən müasir silahlar istehsal olunmalı, onlardan istifadə edə biləcək kadr potensialı da yetişdirilməlidir. Hərbi sənaye kompleksinin güclənməsi ölkəmizin gücünün inkişafı, yeni iş yerlərinin açılması, məhsulların ixracı deməkdir".

Komitə sədri vurğulayıb ki, ən mühüm məsələlərdən biri  də sərhədlərimizin qorunmasıdır:

 

"Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası başlayıb. Artıq 13 kilometrlik hissəsi delimitasiya və demarkasiya olunub. 500 kilometrə qədər olan sərhəd ciddi relyefi olan ərazilərdən keçir. Buranı bərkitmək, müasir istehkam qurğularından istifadə etmək çox mühüm məsələdir. Bu ərazilər əsasən yüksəkliklərdə yerləşir. Burada qulluq keçmək üçün yeni komandoların, hərbi birləşmələrin yetişdirilməsi çox mühüm məsələdir. Ermənistandan hər zaman müəyyən təxribatlar gözləmək olar. Bu gün vizual kəşfiyyatçılar gəlib Azərbaycan-Ermənistan şərti sərhədində dayanıblar. Yalan informasiyaları Qərbə ötürürlər. Fransa bu işdə daha ciddi fəallıq göstərir. Bu yardımlar ancaq onların silahlandırılması,vaxtilə itirdiklərini bərpa etmək üçündür. Heç cür Azərbaycanın müstəqil xarici, daxili siyasətini, qələbəsini qəbul edə bilmirlər. Bu istiqamətdə cənab Prezident İlham Əliyev mühüm mesajlar verdi. Ermənistan və onun arxasında duran istənilən qüvvə, ölkə bilməlidir ki, Azərbaycanın dönməz xarici və daxili siaysəti var. Azərbaycan xalqı ilə Ali Baş Komandan arasındakı vəhdət ərazi bütövlüyümüz, suverenliyimiz üçün ən mühüm amildir. Hər bir təxribatın qarşısını almaq üçün bizim güclü ordumuz, təhlükəsizlik orqanlarımız və hərbi birləşmələrimiz var".


Geri dön