Ana Sayfa > Karusel / Dünya > Ərdoğan Pezeşkianla görüşdə nələrdən danışıb? - İRNA detalları AÇIQLADI

Ərdoğan Pezeşkianla görüşdə nələrdən danışıb? - İRNA detalları AÇIQLADI


24-09-2024, 15:35. Yazar: Admin

 

Ərdoğan Pezeşkianla görüşdə nələrdən danışıb? - İRNA detalları AÇIQLADI

Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a gedən İran prezidenti Məsud Pezeşkian ötən axşam Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Liderlərin ilk dəfə üz-üzə gəldiyi görüş Nyu-Yorkdakı Türk evində keçirilib.

Qarabaqinfo.az xəbər verir ki, İRNA agentlyi mətbuata qapalı keçən görüşün bəzi detallarını açıqlayıb.

İslam ölkələrinin daha yaxşı gələcəyi bizim aramızda birlik yaratmaq üçün uğurlu səydən asılıdır və belə birliyin kölgəsində Qəzzada baş verənlər kimi cinayətlərin heç vaxt şahidi olmayacağıq.

Məsud Pezeşkian Rəcəb Tayyib Ərdoğanla görüşündə İranın Türkiyə ilə qonşuluq və ortaq inanc əsasında bir-birinə qardaş ölkə olduğuna inandığını bildirib.

“Qardaşlığımıza sadiq qalsaq, İsrail heç vaxt belə cinayətlər edə bilməyəcək”, - Pezeşkian deyib.

İran prezidentinin sözlərinə görə, İsrail dünyanın gözü qarşısında uşaq və qadınları öldürdüyü, məktəbləri, xəstəxanaları, sığınacaqları bombaladığı halda, Amerika və bəzi Avropa ölkələri bu rejimin cinayətlərini özünümüdafiə kimi qələmə verir və faktiki olaraq onu dəstəkləyir.

Pezeçkian daha sonra bildirib ki, İran İslam Respublikası Türkiyə ilə bütün sahələrdə, xüsusilə regional təhlükəsizliyin təşviqi sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır:

“Region ölkələrinin başçıları ilə apardığım müzakirələrdə regional rabitə şəbəkəsinin yaradılmasını təklif etdim ki, onun ilkin şərti lazımi təhlükəsizlik şəraitinin təmin edilməsidir. Bu təklifin reallaşması üçün terrordan azad bir bölgə lazımdır”.

İran prezidenti region ölkələri arasında birliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq deyib:

“Regionda böyük ümumi bazarın yaradılması, akademik, elmi və iqtisadi mübadilələr İslam dünyasının böyüklüyünü dünyaya göstərə bilər; İslam ölkələrinin daha yaxşı gələcəyi bizim aramızda birlik yaratmaq üçün uğurlu səydən asılıdır və belə birliyin kölgəsində Qəzzada törədilən cinayətlərə heç vaxt şahid olmayacağıq”.

Ərdoğan isə İrandakı kömür mədənindəbaş verən qəza ilə bağlı başsağlığı verib, İsrailin Livana hücumlarının genişlənməsindən narahatlığını dilə gətirib. “Bu gün dünya şahiddir ki, Netanyahunun Qəzzada atəşkəs və regionda sabitlik niyyəti yoxdur”, - o deyib.

Türkiyə prezidenti qeyd edib ki, qışın gəlişini və Qəzzada ağır humanitar vəziyyəti nəzərə alaraq, vaxt itirmədən danışıqlar aparılmalıdır.
Ərdoğan iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini, eləcə də iqtisadi sahədə, o cümlədən enerji sahəsində əməkdaşlığın qarşılıqlı faydası olduğunu deyib. O, Pezeşkianın regional rabitə şəbəkəsinin yaradılması təklifini müsbət dəyərləndirib.
 


Geri dön