Rusiyanın keçmiş müdafiə naziri Segey Şoyqunun dövründə müavin postunu tutan Timur İvanova məxsus 82,5 milyon rubldan çox dəyəri olan daşınmaz əmlaka həbs qoyulub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bu, Tver vilayətində 82 min kvadratmetr sahəsi olan bir torpaq sahəsi, 2,5 min kvadratmetr sahəsi olan bir bağ evi və 420 kvadrat metr sahəsi olan hamamdır.
Obyektlər iş üzrə təqsirləndirilən Sergey Borodinin rəhbəri olduğu “Voljski Bereq” MMC-də qeydiyyatdadır.
Əmlakın qiymətləndirilməsi məlumat bazalarına görə, sahənin kadastr dəyəri ən azı 44 milyon rubl, ev isə 38,6 milyon rubl təşkil edir.