Ana Sayfa > Karusel / Dünya > Rusiya da vətəndaşlarına çağırış etdi

Rusiya da vətəndaşlarına çağırış etdi


24-09-2024, 12:03. Yazar: Admin

rusiya-da-vetendaslarina-cagiris-etdi

Rusiyanın Beyrutdakı Səfirliyi ölkədə olan vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Livandakı səfiri Aleksandr Rudakov açıqlayıb.

Həmçinin səfirliyin tövsiyəsində Livanı tərk etmək üçün kommersiya reyslərindən istifadə etmək də yer alıb.

Xatırladaq ki, bundan əvvəl İsveçrə Livandakı vətəndaşlarına ölkəni tərk etmələri ilə bağlı çağırış edib.

 


Geri dön