Ana Sayfa > Karusel / Dünya > Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında islahatlara dair danışıqların dərhal başlamasını zəruri hesab edir
Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında islahatlara dair danışıqların dərhal başlamasını zəruri hesab edir24-09-2024, 09:14. Yazar: Admin |
Birləşmiş Ştatlar yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasında islahatlara dair danışıqlara başlamağı zəruri hesab edir. Qarabaginfo.az xəbər verir ki, bunu BMT-nin mənzil-qərargahında çıxışı zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib. “Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında islahatlara dair danışıqların dərhal başlamasını dəstəkləyir”, - Blinken vurğulayıb. Dövlət katibi qeyd edib ki, Vaşinqton iki Afrika ölkəsinə, Latın Amerikası və Karib hövzəsi dövlətlərinə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusunun, habelə inkişaf etməkdə olan ada ölkələrinə qeyri-daimi üzv statusunun verilməsini zəruri hesab edir. Geri dön |