Donald Trampın prezidentliyi Polşa üçün yaxşı olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Polsat” telekanalında ölkə Prezidenti Anjey Duda bildirib.
“Hesab edirəm ki, bu illər Polşa üçün yaxşı illər idi, biz çox vacib məsələləri həll etdik, ən azı Prezident Donald Trampın dəstəyi sayəsində Üç Dəniz Təşəbbüsünün inkişafında çox uğurlu olduq, çox mühüm müqavilələr bağladıq”, - Duda vurğulayıb.