İsrail ordusu Beyrutda hava hücumları həyata keçirir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“İsrail ordusu Beyrutda hədəflənmiş hava hücumları həyata keçirir”, - məlumatda qeyd edilib.
Hücumda Hizbullahın yüksək rütbəli üzvü Əli Karaki hədəfə alınıb.
Əli Karaki Hizbullahın cənub komandanlığının rəhbəridir, bir neçə gün əvvəl öldürülən İbrahim Akili əvəz edir.