Ana Sayfa > Karusel / İnfrastruktur > ADY dəmir yolunda gecikmələrin əsas səbəbini açıqlayıb
ADY dəmir yolunda gecikmələrin əsas səbəbini açıqlayıb23-09-2024, 19:46. Yazar: Admin |
Dəmir yolunda sərnişin qatarlarının gecikməsi ilk növbədə Sumqayıt-Pirsağı-Bakı və əks istiqamətdə qeydə alınır. Qarabaginfo.az xəbər verir ki, bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov media nümayəndələri üçün təşkil olunan brifinq zamanı bildirib. Onun sözlərinə görə, bunu ADY tərəfindən aparılan araşdırmalar göstərir. Azər Fərəcov vurğulayıb ki, qeyd olunan istiqamət üzrə gecikmələrin əksər səbəbi - sərnişinlər tərəfindən qapıların saxlanılmasıdır ki, bu da sıxlıq ilə əlaqəlidir. Sərnişinlər tərəfindən qatar qapılarının saxlanılması dəmir yolunda təhlükə yaradır və gecikmələrə səbəb olur. Geri dön |