Ana Sayfa > Karusel / Təhsil > Türkiyə-Azərbaycan Universiteti tələbə seçimini müstəqil aparacaq - SƏRƏNCAM
Türkiyə-Azərbaycan Universiteti tələbə seçimini müstəqil aparacaq - SƏRƏNCAM23-09-2024, 16:21. Yazar: Admin |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
1. Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilsin. 2. Müəyyən edilsin ki, Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan Respublikasının ali təhsil müəssisələri: 2.1. tətbiq etdikləri Türkiyə Respublikasının müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını həmin ali təhsil müəssisələri ilə birgə idarə etmək hüququna malikdirlər; 2.2. maddi-texniki baza imkan verdiyi hallarda Türkiyə–Azərbaycan Universiteti üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. Türkiyə–Azərbaycan Universitetində dövlət hesabına təhsil alan tələbələrin sayını hər tədris ili üçün müəyyən etsin; 3.2. Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etsin; 3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin". Geri dön |