Ana Sayfa > Karusel / Gündəm > Hərbçilərlə bağlı qərar bütün banklar tərəfindən icra olunacaq
Hərbçilərlə bağlı qərar bütün banklar tərəfindən icra olunacaq26-10-2020, 11:57. Yazar: Admin |
Mərkəzi Bankın (MB) tövsiyəsilə Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv olan banklarla birgə qəbul edilmiş qərarın icrasına başlanılıb. Bunu Modern.az-ın sorğusuna cavab olaraq, ABA-nın sədri Zakir Nuriyev bildirib. Z.Nuriyev qeyd edib ki, proses qısa vaxt ərzində yekunlaşacaq: “Bu, elə bir həssas məsələdir ki, müzəffər ordumuzun irəlilədiyi, torpaqlarımızı işğaldan azad etdiyi bir məqamda hansısa bank prosesə biganə qala bilməz. Qərar bütün banklar tərəfindən yekdilliklə icra olunur”.
ABA sədrinin sözlərinə görə, cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış şəxslər haqqında və digər əlaqədar məlumatlar məxfi xarakter daşıyır: “Bu barədə bankların da məlumatı olmur. Bu səbəbdən banklara müştərilər haqqında əlavə məlumatlar yalnız onlarla kredit öhdəlikləri ilə bağlı əlaqə saxlanıldığı zaman məlum olur və banklar müştərinin kredit tarixçəsində nəzərə almaq üçün müvafiq qeydlər aparır. Bu kateqoriyadan olan şəxslərin kredit öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hazırda hər hansısa bir tələb irəli sürülmür və kredit tarixçələri pisləşdirilmir”.
Sözügedən qərara əsasən: - Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək; - Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək; - Hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılır; - Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödəniləcək; - Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödəniləcək. Geri dön |