Ana Sayfa > Karusel / Gündəm > Ziyafət Əsgərov vitse-spiker postuna qayıdır

Ziyafət Əsgərov vitse-spiker postuna qayıdır


23-09-2024, 11:02. Yazar: Admin

 

Ziyafət Əsgərov vitse-spiker postuna qayıdır

Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Ziyafət Əsgərovun Milli Məclisin sədrinin müavini postuna namizədliyi irəli sürülüb.

 

Qarabaqinfo.az-ın məlumatına görə, YAP onun namizədliyini dəstəkləyib.

 

Ziyafət Əsgərov əvvəlki çağırışlarda Milli Məclisinin sədrinin müavini olub.

 

Qeyd edək ki, Milli Məclisin sədr müavinlərinin sayı 3-dən 4-ə qaldırılıb. Sədr müavini postuna Əli Əhmədovun, Rafael Hüseynovun və Musa Qasımlının namizədliyi irəli sürülüb.

 

Hakim partiyanın Milli Məclisin sədri postuna namizədi isə Sahibə Qafarovadır.


Geri dön