Ana Sayfa > Karusel / Dünya > Cənubi Qafqazda sülh üçün fürsət yaranıb - Ərdoğan

Cənubi Qafqazda sülh üçün fürsət yaranıb - Ərdoğan


23-09-2024, 10:49. Yazar: Admin

Cənubi Qafqazda sülh üçün fürsət yaranıb - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Türk-Amerikan icmasının nümayəndələri ilə görüşüb. 

Qarabaqinfo.az-ın məlumatına görə, o, tədbirdə çıxış edib, regional və qlobal məsələlərdən danışıb. 

Ərdoğan deyib ki, qlobal sistem bütün effektivliyini və etibarını itirməyə başlayıb. "Sülh və təhlükəsizliyi təmin etmək vəzifəsi olan qurumlar açıq-aşkar mənəvi çöküş içindədir", - o qeyd edib. 

Türkiyə Prezidenti vurğulayıb ki, Cənubi Qafqazda sülh üçün böyük bir fürsət yaranıb. O bildirib ki, Azərbaycan və Ermənistanla birlikdə regionda daimi sülh və sabitlik yarana bilər.


Geri dön