Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / İqtisadiyyat / Dünya > ABŞ-ın Türkiyəyə F-35 satışına icazə verməsi üçün yeni şərt irəli sürdüyü iddia olunur
ABŞ-ın Türkiyəyə F-35 satışına icazə verməsi üçün yeni şərt irəli sürdüyü iddia olunur23-09-2024, 08:40. Yazar: Admin |
ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının satışına maneənin aradan qaldırılması üçün yeni təklif irəli sürdüyü iddia olunub. Qarabaginfo.az xəbər verir ki, Yunanıstan mətbuatında dərc olunan xəbərə görə, Vaşinqton Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərinin İncirlik bazasında ABŞ-ın nəzarətindəki sektora təhvil verilməsi müqabilində Türkiyəni yenidən F-35 proqramına daxil edəcəklərini bildirib. Yunanıstanın “Kathimerini” qəzetində yer alan xəbərə hələlik nə Türkiyə, nə də ABŞ tərəfi rəsmi münasibət bildirməyib. Qeyd edək ki, ABŞ və NATO Türkiyənin S-400 sistemlərini almasını və istifadəsini problemli hesab edir. Onlar iddia edirlər ki, S-400 hava hücumundan müdafiə sistemləri heç bir şəkildə NATO-nun mövcud müdafiə və radar sistemlərinə inteqrasiya oluna bilməz. Məhz buna görə də ABŞ 2019-cu il iyulun 17-də Türkiyəni layihə ortağı olduğu yeni nəsil F-35 döyüş təyyarələrinin istehsal prosesindən kənarlaşdırdığını açıqlamışdı. Geri dön |