Ana Sayfa > Karusel / Dünya > Latviya Rusiya qırıcılarının hava məkanına daxil olduğunu iddia edib

Latviya Rusiya qırıcılarının hava məkanına daxil olduğunu iddia edib


Dünən, 19:54. Yazar: Admin

Latviya Rusiya qırıcılarının hava məkanına daxil olduğunu iddia edib

Rusiyanın 6 qırıcı təyyarəsi 20 və 21 sentyabr tarixlərində Baltik dənizi üzərində Latviyanın hava məkanına daxil olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Latviya Hərbi Hava Qüvvələri X sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, Rusiya qırıcılarında transponder olmayıb, uçuş planı təqdim edilməyib. Latviya havaya “Eurofighter” qırıcı təyyarələrini qaldırıb, Rusiya qırıcıları sərhədə qədər müşayiət olunub.


Geri dön