Ana Sayfa > Karusel / Siyasət > Şeyxülislam Moskvada Azərbaycan diasporunun üzvləri ilə görüşüb

Şeyxülislam Moskvada Azərbaycan diasporunun üzvləri ilə görüşüb


21-09-2024, 23:41. Yazar: Admin

Rusiya paytaxtında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan diasporunun üzvləri ilə görüşüb.

QMİ-nin rəhbəri Azərbaycanda dövlət-din münasibətlərindən danışıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dinimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğısını vurğulayıb.

A.Paşazadə İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, dini məbədlərin yenidən qurulması, azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesi barədə məlumat verib. Bundan başqa, QMİ sədri ölkəmizdə keçiriləcək COP29-un əhəmiyyətindən söhbət açıb.

Görüş zamanı şeyxülislam diaspor nümayəndələrini maraqlandıran suallara cavab verib.


Geri dön