Ana Sayfa > Karusel / Siyasət > Milli Məclisin yeni tərkibdə ilk iclasının tarixi məlum olub

Milli Məclisin yeni tərkibdə ilk iclasının tarixi məlum olub


Dünən, 20:53. Yazar: Admin

Milli Məclisin yeni tərkibdə ilk iclasının tarixi məlum olub

Milli Məclisin yeni tərkibdə ilk iclasının tarixi məlum olub.

Qarabaginfo.az xəbər verir ki, VII Çağırış Milli Məclisin ilk iclası sentyabrın 23-də keçiriləcək.

Qeyd edək ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında növbədənkənar seçkilərin nəticələri təsdiqlənib.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Milli Məclisin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Milli Məclisin növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır. Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.

Beləliklə, sentyabrın 23-də Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.


Geri dön