Ana Sayfa > Karusel / Qarabağ > "Xankəndidə Azərbaycan toyunun sədası gələcək"
"Xankəndidə Azərbaycan toyunun sədası gələcək"21-09-2024, 14:45. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, illər sonra bu gün Xankəndi şəhərində toy səsi gələcək. Toy sahibi tanınmış jurnalist Kərim Kərimlinin oğlu və gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlidir.
Kərim Kərimli öz hisslərini Qarabaqinfo.az-la bölüşüb. O deyir ki, bugünkü məclis həm ailəsində, həm də 1988-ci ildən sonra Xankəndidə ilk toy mərasimidir.
“Həm Xankəndidə uzun illərdən sonra ilk toy kimi, həm də övladının toyu olan ata kimi çox sevincliyəm, xoşbəxtəm. Orjinallıq sadəcə burdadır ki, biz toyumuzu azad Xankəndində edirik. Toya Şuşadan başlayıb Xankəndi şəhərində davam edəcəyik. Məclis “Meydan” şadlıq sarayında baş tutacaq. Prezidentimiz Şuşada ilk 20 ailəyə açar təqdim etdiyi ailələrin içində bizim ailə də var idi və hazırda biz Şuşada yaşayırıq. Sentyabr ayının 6-ında əziz qazimizin Şuşada toyu oldu və mən də o toyda iştirak etmişəm. Çox gözəl təmtəraqlı toy keçdi. Bu Şuşanın ilk toyu idi. Biz bəyin xoşbəxtliyinə şərik olduq, sevincimizi böldük. Qərara aldıq ki, bizdə ilk toyu Xankəndində edək. İstədik ki, eyni şəkildə camaatın iştirakı ilə sevincimizi bölüşərək gözəl, təmtəraqlı, dəbdəbəli toy edək. Xankəndi də uzun illərin Azərbaycan toyunun sədaları eşidilməyən şəhər kimi yenidən Azərbaycanlı toyunun yuvası, məskəni olsun”.
Jurnalist qeyd edir ki, artıq payız ölkəmizə qədəmlərini qoyub, Qarabağda tarix boyu payız ayında həmişə toylar başlayardı, uzun müddət davam edərdi:
“Biz də payızda Xankəndi də toya başlamaq istədik. İndi mən bilirəm ki, bizim ardımızca artıq bir neçə nəfər Xankəndində toy etmək fikrindədir. Daha sonra Xocalıda, başqa işğaldan azad olunmuş bölgələrimizdə toy sədaları gələcək. İlk toy işğaldan azad olunmuş bölgələrdə Zəngilan rayonunun Ağalı kəndində keçirilib, ardınca toy Şuşada indi isə Xankəndində baş tutacaq.
Kərim Kərimlinin sözlərinə əsasən, toya qohumları, dostları, qonşuları, iş yoldaşları dəvət edilib.
“Bu çox böyük toy deyil, lakin bütün təbəqələr yəni mənim təmsil olunduğum təbəqələr və oğlumun dostları və iş yoldaşları iştirak edəcək. Toy çox təbəqəli olacaq. Ümumi qonaqların sayı çox olmasa da, təmsilçilik kifayət qədər zəngindir”.
Şuşanın yeni seçilən deputatı Polad Bülbüloğlu səfərdə olduğu üçün iştirak edə bilməyəcəni bildirib. O, ürək sözlərini Kərim Kərimliyə çatdırıb: "Fərhada de ki, Polad əmin səni təbrik edir, bağrına basır, öpür. Şuşada uğurlar. Yeni ailən, Xankəndi də olan toyun mübarək olsun!”. Geri dön |