Ana Sayfa > Karusel / Dünya > KİV: Bayden administrasiyası İsrail və Hizbullah arasında müharibə başlayacağından narahatdır

KİV: Bayden administrasiyası İsrail və Hizbullah arasında müharibə başlayacağından narahatdır


Bu gün, 07:57. Yazar: Admin

KİV: Bayden administrasiyası İsrail və Hizbullah arasında müharibə başlayacağından narahatdır

İsrail ilə Livanın Hizbullah hərəkatı arasında genişmiqyaslı müharibə ehtimalı ABŞ prezidenti Co Bayden administrasiyasını narahat edib.

Qarabaginfo.az xəbər verir ki, “Politico” qəzetinin Amerika rəsmilərinə istinadən verdiyi məlumata görə, Livanda rabitə avadanlığının partlaması və İsrailin Beyruta endirdiyi hava hücumu genişmiqyaslı müharibəyə səbəb ola bilər.

“ABŞ rəsmiləri İsrail və Hizbullah arasında döyüşlərin yaxın günlərdə əhəmiyyətli dərəcədə güclənəcəyini və potensial olaraq iki tərəf arasında genişmiqyaslı müharibəyə səbəb olacağını gözləyirlər” – məlumatda deyilir.


Geri dön