Ana Sayfa > Karusel / Dünya > Orban və Salvini Ukrayna münaqişəsini təcili dayandırmağa çağırıblar

Orban və Salvini Ukrayna münaqişəsini təcili dayandırmağa çağırıblar


20-09-2024, 21:42. Yazar: Admin

Orban və Salvini Ukrayna münaqişəsini təcili dayandırmağa çağırıblar

Macarıstanın Baş naziri Viktor Orban və İtaliyanın Baş nazirinin müavini Matteo Salvini hesab edir ki, Ukraynadakı münaqişə təcili dayandırılmalıdır.

Qarabaginfo.az xəbər verir ki, belə bir açıqlama ilə Salvininin də üzvü olduğu İtaliya Liqası partiyası çıxış edib.

“Salvini və Orban Ukraynadakı münaqişənin təcili dayandırılmasının vacibliyinə dair fikri bölüşüblər”, - açıqlamada deyilir.

Qeyd edək ki, Salvini hazırda Budapeştdə Aİ nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edir.


Geri dön