Ana Sayfa > Karusel / Region > Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb


Bu gün, 17:00. Yazar: Admin

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güclü yağış səbəbindən uçuş-enmə zolağından çıxıb və ön dayağı palçığa ilişib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hüriyyet” məlumat yayıb.

"185 sərnişin və 7 ekipaj üzvü problemsiz olaraq təyyarədən təxliyə edilərkən, heç bir neqativ hal aşkarlanmayıb", - deyə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.


Geri dön