Ana Sayfa > Karusel / Qarabağ > Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara xəbərdarlıq 

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara xəbərdarlıq 


Bu gün, 14:52. Yazar: Admin

 

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara xəbərdarlıq 

 

 

 

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayıtdıqları iddia edilir. Bildirilir ki, bəziləri bu evlərdən yaşamaq yox, yeni gəlir mənbəyi kimi istifadə edir. Xüsusilə də işğaldan azad olunan ərazilərə kütləvi turist axınından sui-istifadə edilir.

 

Qarabaqinfo.az-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məsələyə münasibət bildirib.

 

Bildirilir ki, dövlət tərəfindən verilən mənzilin başqasına kirayə verilməsi hallarına vaxtilə Bakıda da rast gəlinib.

 

"Əvvəllər buna nəzarət edən sahə nümayəndələri olurdu və belə hal aşkarlandıqda qarşısı alınırdı. İndi isə azad edilən ərazilərdə buna nəzarət etmək hələlik mümkün deyil. Bizim komitə olaraq işimiz insanların öz ata-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir. İlkin mərhələdə Bakıda yaşayış durumu çox pis olanların qayıdışı təmin olunur. Onların Bakıda digər mənzillərə sahib olmadıqları tərəfimizdən dəqiqlədirilib", - qurumdan "axar.az"a verilən açıqlamada qeyd olunub.


Geri dön